“Qarabağ”ın rəqibi Van Dayka əvəzləyici tapıb

Dortmund “Borussiya”sının müdafiəçisi Niko Şlotterbek “Liverpul” tərəfindən izlənilir.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu uzunmüddətli perspektivdə Vircil van Daykın yerini doldurmaq üçün potensial namizəddir. Niderlandlı müdafiəçinin “qırmızılar”la müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

“Liverpul” hətta qış transfer pəncərəsi üçün Şlotterbeklə maraqlanıb, xüsusilə də, Covani Leoninin zədələnməsindən sonra, ancaq “Borussiya” buna razılıq verməyib.

Dortmund təmsilçisi almaniyalı müdafiəçiyə 2027-ci ilə kimi olan müqaviləsinin müddətini 2030-cu ilə qədər uzatmağı təklif edib. Şlotterbek isə hələ razılaşmayıb. O, gələcəkdə titul uğrunda mübarizə aparacağına əmin olmaq və maliyyə şərtlərinin yaxşılaşdırılmasını istəyir.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button