Haland millinin oyununda iştirak etməyəcək

Erlinq Haland Norveç millisinin Yeni Zelandiya ilə keçirəcəyi yoxlama matçında iştirak etməyəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumçu xüsusilə sıx oyun qrafiki ilə əlaqədar yığmada istirahət verilən futbolçular sırasında yer alıb.

“Mançester Siti”nin futbolçusu oktyabrın 11-də DÇ-2026-nın seçmə mərhələsində İsrail millisinə qarşı matçda (5:0) het-trikə imza atmışdı.

Norveç və Yeni Zelandiya komandaları arasında matç oktyabrın 14-də Osloda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button