“Qarabağ”ın qapıçısından Mbappe – Ronaldo müqayisəsi

“Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev “Real”ın hücumçusu Kilian Mbappe ilə klubun sabiq futbolçusu Kriştiano Ronaldonu müqayisə edib.

Komanda.az “Çempionat”-a istinadən xəbər verir ki, azərbaycanlı qolkiper, Mbappenin çox güclü futbolçu olduğunu bildirib:

“Mbappe çox güclü futbolçudur. Fərq ondadır ki, biz milli komanda ilə portuqaliyalılarla qarşılaşanda Kriştiano artıq daha çox bombardir idi. Mbappe isə hazırda özünün ən yaxşı versiyasındadır”.

Mbappe cari mövsümdə İspaniya La Liqasında 8 oyunda meydana çıxaraq, 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Ronaldo isə Səudiyyə Ərəbistanı çempionatında – “Əl-Nəsr”də 4 matçda 4 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button