
“Everton” qapıçısı ilə razılığa gəlib
“Everton”un qapıçısı Cordan Pikford klubla müqaviləsinin müddətini uzatmağa qərar verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər yeni, uzunmüddətli anlaşmanın bütün şərtlərində razılığa gəliblər. Müqavilənin imzalanması bu həftə rəsmi şəkildə elan olunacaq.
31 yaşlı qolkiper 2017-ci ildən “Everton”da çıxış edir. O, cari mövsümdə 7 matçda iştirak edib və eyni sayda qol buraxıb.
Pikford ümumilikdə “Everton”un heyətində bütün turnirlərdə 326 oyuna çıxıb. Onun komandası növbəti qarşılaşmasını oktyabrın 18-də, səfərdə “Mançester Siti”yə qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



