“Oyunçuları inandırdım ki, bundan vacib heç nə ola bilməz” – “Qarabağ”ın rəqibinin baş məşqçisi

“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Çelsi”nin baş məşqçisi Enzo Mareska komandanın son Konfrans Liqasındakı qələbəsini xatırladıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Konfrans Liqası həmin mövsüm qalib gələ biləcəyimiz yeganə turnir idi. Mən oyunçularımı inandırdım ki, bundan vacib heç nə ola bilməz. Biz tezliklə Klublararası dünya kubokunu da qazandıq”.

“Çelsi” 2024/25 mövsümündə finalda “Betis”i 4:1 hesabı ilə məğlub edərək, Konfrans Liqasında qalib olub. Qarşılaşma Polşada baş tutub. “Zadəganlar” Premyer Liqanı isə dördüncü pillədə başa vurmuşdular.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button