Qnabri “Qarabağ”ın rəqibinin oyunçusu haqda: “Ona vaxt verin!”

Almaniya millisinin və “Bayern”in yarımmüdafiəçisi Serj Qnabri hesab edir ki, Florian Virts “Liverpul”da yaxın vaxtlarda daha məhsuldar çıxış edəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həmyerlisinin vəziyyətinin pis olmadığını fikirləşir:

“Biz hamımız bir-birimizi dəstəkləyirik, xüsusilə, çətin dövrdə olan komanda yoldaşlarımızı. Mənim fikrimcə, Virtsin vəziyyəti pis deyil – o, gülümsəyir, yaxşı məşq edir. Heç kim onun bacarığından şübhə etmir və o da etməməlidir. Sadəcə, ona vaxt verin! Bu transfer onun üçün böyük addım idi, onda uğur qazanmaq üçün hər şey var”.

22 yaşlı futbolçu Mersisayd klubuna yayda Leverkuzen “Bayer”indən 116 milyon funt sterlinqə transfer olunub. O, “Liverpul”da keçirdiyi 10 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button