Avropa Kuboku: “Bakı” hər iki oyunu səfərdə keçirəcək

“Bakı”nın kişi həndbolçulardan ibarət komandası Avropa Kubokunun 2-ci təsnifat mərhələsində “Oxrid”lə (Şimali Makedoniya) hər iki oyunu səfərdə keçirəcək.

Bu barədə Komanda.az-a Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmtindən məlumat verilib.

Oktyabrın 11-də gerçəkləşəcək ilk matçda “Bakı”, ertəsi gün isə “Oxrid” meydan sahibi olacaq. “Bilyanini İzvori” İdman Kompleksində keçiriləcək qarşılaşmalar saat 20:00-a təyin olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button