
Arnautoviçdən tarixi rekord
Avstriya millisinin hücumçusu Marko Arnautoviç dünya çempionatının seçmə mərhələsində San-Marino ilə ev oyununda məhsuldar çıxışla yadda qalıb.
O, bu görüşdə dörd qol vuraraq komandasının 10:0 hesablı qələbəsində əsas pay sahiblərindən biri olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu poker sayəsində 35 yaşlı futbolçu Avstriya millisi tarixində ən çox qol vuran oyunçu adını qazanıb. Onun hesabında artıq 45 qol var.
Arnautoviç bu göstərici ilə uzun illər rekordçu olmuş Toni Polsteri (44 qol) geridə qoyub.
Ralf Ranqnikin rəhbərlik etdiyi Avstriya yığması bu qələbədən sonra xallarını 15-ə çatdıraraq H qrupunda liderliyə yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



