
“Barselona”nın fiziki hazırlıq problemi var
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın fiziki vəziyyətindən ciddi narahatlıq keçirir.
Almaniyalı mütəxəssis La Liqanın son turunda, “Sevilya”ya 1:4 hesablı məğlubiyyətdən sonra problemin kökünü araşdırmaq üçün komandanın fitnes-mütəxəssisləri ilə görüş tələb edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Flik futbolçuların məşqlərdə lazımi intensivliklə çalışmadığını hesab edir. Ona təqdim olunan məlumatlar da bu fikri təsdiqləyib. Futbolçuların fiziki göstəriciləri mövsümün bu mərhələsi üçün gözləniləndən xeyli aşağıdır.
“Barselona” hazırda İspaniya çempionatında 8 turdan sonra 19 xal toplayaraq, turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Kataloniya klubu lider “Real”dan 2 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



