Bundesliqada sentyabrın ən yaxşı oyunçusu açıqlandı

“Bayern”in hücumçusu Harri Keyn Almaniya Bundesliqasında sentyabr ayının ən yaxşı oyunçusu adına layiq görülüb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı futbolçu ötən ay Almaniya çempionatında 3 oyuna çıxaraq 7 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

5-ci turda “Verder”ə qarşı (4:0) matçda Keyn het-trik edərək “Bayern”də 100-cü qolunu vurub. Hücumçu 2023-cü ilin yayından Münhen klubunda çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button