
“Yaxşı mübarizə aparmağa çalışacağıq” – Bəhlul Mustafazadə
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da “Park de Prens” stadionunda keçiriləcək Fransa – Azərbaycan oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin müdafiəçisi Bəhlul Mustafazadə fikirlərini bölüşüb.
Komanda.az onun səsləndirdiyi fikirləri nəzərinizə çatdırır:
“Rəqib haqqında geniş danışmağa ehtiyac yoxdur. Önəmli olan bizim Fransa yığmasına qarşı necə reaksiya verməyimizdir. Bu gün son məşqimizi keçəcəyik və sabah meydanın hər qarışı uğrunda mübarizə aparacağıq. Komanda yoldaşlarımızla oyun barədə söhbətlərimiz olur, kollektiv şəkildə matça hazırlaşırıq. Sabah yaxşı mübarizə aparmağa çalışacağıq”.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



