Şesnı komanda yoldaşını təriflədi: “Onun inkişafına yardım edə bilərəm”

“Barselona”nın qapıçısı Voyçex Şesnı komanda yoldaşı Xuan Qarsiya haqqında yüksək fikirlər səsləndirib.

24 yaşlı ispaniyalı futbolçu yayda “Espanyol”dan “Barselona”ya transfer olunub və Hans-Diter Flikin rəhbərliyi altında dərhal əsas heyətdə yerini tapıb. Ancaq o, aldığı zədə səbəbindən bir müddət meydana çıxmayacaq. Onun yerini 35 yaşlı Şesnı tutacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı qolkiper, gənc həmkarına heyranlığını belə ifadə edib:

“Qarsiyanı ötən mövsüm “Espanyol”da oynayarkən tanıdım və o zaman da mənə güclü təsir bağışladı. “Barselona”dakı ilk üç məşqdə ona baxdıqdan sonra başa düşdüm ki, onun inkişafına yardım edə bilərəm. O, dünyanın ən yaxşı qapıçısı ola bilər. Hələ bu səviyyədə deyil, amma mən onun bu zirvəyə yaxınlaşmasına kömək etməkdən məmnunam”.

“Barselona” La Liqanın növbəti turunda, oktyabrın 18-də “Jirona” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button