
Azərbaycan atleti beynəlxalq yarışda gümüş medal qazanıb
Azərbaycan yığmasının üzvü Anna Yusupova Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən marafon yarışında uğurlu çıxışla yadda qalıb.
Bu barədə Komanda.az-a federasiyadan məlumat verilib.
Atlet 02:48:10 nəticə ilə Balkan marafonunun gümüş medalını qazanıb. Yusupova bu göstərici ilə həmçinin, Skopye marafonunun bürünc medalına sahib çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



