
“Araz-Naxçıvan” Naxçıvana gedəcək
Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranacaq fasilədən istifadə edən “Araz-Naxçıvan” Naxçıvan Muxtar Respublikasına səfər edəcək.
Komanda.az xəbər verir ki, oktyabrın 6-da yola düşəcək əsas komandanın futbolçuları və məşqçi heyəti ertəsi gün Naxçıvanda ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət edəcəklər.
Saat 11:00-da isə Naxçıvan Muxtar Respublika stadionunda azarkeşlərlə görüş olacaq, onlara toplar və formalar hədiyyə olunacaq, eyni zamanda akademiyanın futbolçuları ilə əyləncə xarakterli oyun keçiriləcək. Tədbirin sonunda imza günü təşkil olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



