“Qarabağ”la oyunda qələbə qazanmağa çalışacağıq”

Danimarka təmsilçisi “Kopenhagen”in qapıçısı Dominik Kotarski “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunun oyunu ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün Bakıda təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Ot örtüyü yaxşı səviyyədə deyil. Amma hər iki kollektiv eyni şəraitdə oynayacaq. Bunda hər hansı problem görmürəm. Sabah bizi ağır oyun gözləyir. Qələbə qazanmağa çalışacağıq”.

“Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button