Nəbiyev: “MDB Oyunlarında hədəfimiz çempionluqdur”

Azərbaycanın U-16 millisinin MDB Oyunlarında qazandığı qələbə önəmli olub.

Komanda.az xəbər verir ki, bunu yığmanın baş məşqçisi Aqil Nəbiyev yer aldıqları A qrupunda Tacikistanla oyundan sonra deyib. Mütəxəssis vacib qələbə qazandıqlarını bildirib:

“Turnirə qələbə ilə başlamaq xoş haldır. MDB Oyunlarında hədəfimiz çempionluqdur. Bunun üçün qələbə lazım idi. Rəqib turnirin ən keyfiyyətli komandalarındandır. Önəmli olan öz oyunumuzdur və qələbədir. Bildiyiniz kimi, bu gün sentyabrın 27-sidir – Anım Günüdür. Önəmli qələbə idi. Bütün futbol ictimaiyyətini, Azərbaycan xalqını təbrik edirəm. Biz qalib xalqıq. Qol fürsətlərindən istifadə etsəydik, nəticə fərqli olardı. Qolumuzu saymadılar, səbəbini bilmədim”.

O, növbəti, Qırğızıstana qarşı keçirəcəkləri matça da toxunub:

“Rəqibin bir neçə oyununu izləmişik. Məşqlərimizi buna uyğun keçəcəyik və mütləq qələbə qazanmalıyıq”.

MDB Oyunlarında futbol yarışlarına oktyabrın 4-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button