
De Paulun “İnter Mayami”yə keçməsinin səbəbi məlum olub
Argentinalı yarımmüdafiəçi Rodriqo de Paulun “Atletiko”dan “İnter Mayami”yə keçməsinin səbəbləri məlum olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir, Lionel Messi uzun illər klubda qalmağı öhdəsinə götürməsəydi, De Paul “İnter Mayami”yə keçməzdi.
De Paulun şərtlərindən birinin Messinin “İnter Mayami” ilə müqaviləsinin müddətini daha bir neçə il uzadılmasına zəmanət verməsi olduğu iddia edilir.
Messi 2023-cü ilin yayından ABŞ klubunda çıxış edir. 38 yaşlı futbolçunun hazırkı sözləşməsinin müddəti dekabrın sonuna kimidir. Onun tezliklə “İnter Mayami” ilə yeni anlaşma imzalayacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



