
“Qarabağ”ın rəqibi aparıcı futbolçusunu itirib
“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer zədə səbəbindən qarşıdakı oyunlarda iştirak etməyəcək. O, qasıq nahiyəsindəki ağrılara görə milli komandaların oyunlarınadək meydana çıxmayacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Enzo Mareska Palmeri bir az qorumaq qərarına gəldiklərini deyib:
“Palmeri bir az qorumaq qərarına gəldik ki, zədəsi ağırlaşmasın. İki-üç həftəlik fasilə verəcəyik və bu müddətdən sonra onun tam bərpa olunub-olunmadığını görəcəyik. Əməliyyata ehtiyac olduğunu düşünmürəm, sadəcə, qasıqdakı ağrını aradan qaldırmaq lazımdır”.
Palmer Premyer Liqada “Brayton” və “Liverpul”a, həmçinin, UEFA Çempionlar Liqasında “Benfika”ya qarşı matçlarda komandasına kömək edə bilməyəcək.
“Çelsi” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Facebook-da izləyin



