Runi müasir futboldan narazıdır

“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi müasir futbolun statistikaya həddindən artıq diqqət yetirməsini tənqid edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli sabiq futbolçu, klub sahiblərinin xG-yə (gözlənilən qollar göstəricisi) böyük önəm verdiklərini, çünki yüksək xG-nin onların matçlarda qalib gəlmək şansını artırdığını bildirib:

“Bu isə komandaların daha çox cəmləşmiş hücumlarla qapıya yaxınlaşmasına səbəb olur, nəticədə, oyunçular cərimə meydançasının kənarından daha az zərbə vururlar.

Frenk Lempard daha çox cərimə meydançasının kənarından vururdu, amma onun zərbələrinin xG göstəricisi çox aşağı olardı. Buna baxmayaraq, karyerası ərzində 200-dən çox qol vurub. Bu gün bir çox futbolçular müxtəlif statistikalara çox etibar edirlər”.

Statistikaya görə, cari mövsümdə İngiltərə Premyer Liqasında oyun başına orta hesabla 7,3 zərbə cərimə meydançasının kənarından vurulub, halbuki 2016/17 mövsümündə bu göstərici 10,5 idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button