
“Əsl çempion uğur anlarında deyil, uğursuzluqdan qalxmaq bacarığında üzə çıxır”
“Barselona”nın yarımmüdafiəçisi Qavi dizindən əməliyyat olunub.
Həkimlər onun sağalmasının təxminən 4-5 ay çəkəcəyini təxmin edirlər.
Komanda.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi sosial şəbəkədə komanda yoldaşları Ronald Arauxo, Pedri və Lamin Yamalla xəstəxana otağından foto paylaşaraq, hər kəsə dəstəyə görə təşəkkür edib:
“İnsanlar bilirlər, “Barsa”nı və komandamı sona qədər müdafiə etmək üçün nə qədər lazımdırsa, o qədər vaxta geri qayıdacam. Əsl çempion uğur anlarında deyil, uğursuzluqdan qalxmaq bacarığında üzə çıxır”.
Qavi ötən mövsümdə də zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



