
Azərbaycanlı hakim Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb
Azərbaycanın FİFA referisi Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 5-ci qrupda, oktyabrın 8-də Belçika – Moldova oyununun dördüncü hakimi olacaq, oktyabrın 11-də Norveç – Moldova, 14-də Moldova – Belarus matçlarını idarə edəcək.
Vüsal Məmmədov isə hər üç qarşılaşmada köməkçi hakim kimi fəaliyyət göstərəcək.
Qrup mərhələsinin görüşləri Belçikada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


