
“Lamin Yamalın atası ona pislik edir”
İspaniyalı jurnalist Rikardo Reyes “qızıl top”un mükafatlandırma mərasimi haqda danışarkən “Barselona”nın futbolçusu Lamin Yamalın atası Munir Nasruinin son açıqlamalarına münasibət bildirib. O, daha əvvəl bildirmişdi ki, oğlu mükafatdan məhrum edilərək mənəvi zərər görüb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Reyes Yamalın atasını tənqid edib:
“Mərasimin ədalətli olduğunu düşündüm. Qazananlar da, məğlub olanlar da bunu necə qəbul edəcəyini bilirdilər. Laminin atası ortaya çıxana qədər hər şey mükəmməl idi. O, belə şeylər deməklə ona pislik edir”.
Jurnalist onu da qeyd edib ki, Yamalın atası gələcəkdə ictimaiyyətə açıqlama verməkdən çəkinsə, yaxşı olardı.
Yamal “qızıl top”un səsverməsində PSJ-nin hücumçusu Osman Dembeleyə məğlub olaraq, ikinci yeri tutub.
Bizi Facebook-da izləyin



