“Əminəm ki, Yamal “qızıl top”u qazanacaq”

“Barselona”nın prezidenti Xuan Laporta komandanın oyunçusu Lamin Yamalın gələcək “qızıl top”un qalibi olacağına inanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbəri bunu deyib:

“İkinci yer onu növbəti illərdə motivasiya edəcək. Əminəm ki, Yamal “qızıl top”u qazanacaq”.

Yamal bu il səsvermədə PSJ-nin futbolçusu Osman Dembeledən sonra ikinci olub. 18 yaşlı vinger iki il ardıcıl dünyanın ən yaxşı gənc futbolçusu seçilib. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button