
Yamalın atası: “Gələn il bizimdir”
“Barselona”nın cinah oyunçusu Lamin Yamalın atası Munir Nasrui 2025-ci ildə “qızıl top” üçün səsvermədə oğlunun PSJ-nin hücumçusu Osman Dembeleyə məğlub olaraq ikinci yeri tutmasına münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oğlunun gələcək uğurlarına əmin olduğunu deyib:
“Gələn il bizimdir”.
Yamal bu mövsüm 3 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. 18 yaşlı futbolçu hazırda İspaniya millisində oynayarkən aldığı zədəni sağaldır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



