
“Braziliya arağı rus arağından daha yaxşıdır” – Sabiq futbolçu
Braziliya millisinin sabiq futbolçusu Aldair rus mədəniyyətinə xas olan bəzi adətlər barədə fikirlərini bölüşüb.
Komanda.az “Sovetski sport”-a istinadən xəbər verir ki, o, rus arağını daddığını etiraf edib:
“Rus arağını sınamışam, çox yaxşı və keyfiyyətlidir, amma Braziliyadakı daha yaxşıdır. Rus hamamında isə hələ olmamışam, vaxt tapıb getmək lazımdır”.
Aldair futbolçu karyerasına “Flamenqo”da başlayıb. Daha sonra “Benfika” və “Roma” kimi klublarda çıxış edib.
O, Braziliya millisi ilə 1994-cü ildə dünya çempionu, həmçinin, Konfederasiyalar kuboku və iki dəfə Amerika kubokunun qalibi olub. Karyerasını isə 2007–2009-cu illərdə, San-Marino çempionatında, “Murata” klubunda başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



