
“Qızıl top”? Çempionlar Liqasını qazanmağı üstün tuturam”
“Barselona”nın yarımmüdafiəçisi Pedri qarşıdan gələn “qızıl top”un mükafatlandırma mərasimi haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, fərdi mükafatlara önəm vermədiyini deyib:
“Qızıl top”? Mən “Barselona” ilə Çempionlar Liqasını qazanmağı üstün tuturam. Fərdi mükafatlar mənim üçün heç vaxt böyük əhəmiyyət kəsb etməyib. Mənim üçün komandamın hər matçda qalib gəlməsi və öz çıxışı ilə azarkeşləri sevindirməsi çox önəmlidir”.
22 yaşlı ispaniyalı futbolçu 30 namizəd arasında olub, lakin daha əvvəl bildirildiyi kimi, bu gün Parisdə baş tutacaq mərasimdə iştirak etməyəcək. O, bazar günü La Liqada “Xetafe” ilə oyunda (3:0) 76 dəqiqə oynayaraq, komandasına kömək edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



