“Bakıda lazım olan nəticəni qazanacağımıza əminəm” – Domaqoy Vida

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq Xorvatiya milli komandasının futbolçusu Domaqoy Vida oyundan əvvək təşkil olunan mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, xorvat müdafiəçi jurnalistlərin suallarını cavablandırıb:

  • Oyuna hazırlıq necədir?
  • Bu oyuna hazırlıq üçün çox vaxtımız olmayıb. Rəqibin son oyununu təhlil etmişik. Bu gün son məşqimiz olacaq.
  • Azərbaycana qarşı bir neçə il əvvəl burda oynamısan. Hazırda rəqibi necə görürsən?
  • Düzdür, bir neçə il əvvəl burda olmuşam. Hesab 0:0 olmuşdu. Azərbaycanın bu tsikldə xalsız olması, onların real gücünü göstərmir. Yaxşı oyunçuları var, onlara hörmət edirik. Sabah maksimum dərəcədə yaxşı oynamalıyıq. Lazım olan nəticəni əldə edəcəyimizə inanıram.
  • Sabah Azərbaycanın Xorvatiyanı udması sürpriz olacaqmı?
  • Hazırda dünya reytinqində 2-ciyik və qələbə qazanmağa gəlmişik. Rəqibə hörmətlə yanaşırıq.
  • Slovakiya ilə oyundakı çıxışın, sənin dünya çempionatından sonra ən yaxşı çıxışın idi. Bu fikirlə razısızan?
  • Bəli, razıyam. Özüm də dünya çempionatında oynamışam. Sabah bizi vacib oyun gözləyir. Baş məşqçi bizi hazırlayır ki, keçmişlə deyil, gələcəklə yaşayaq.
  • Azərbaycan millisinin heyətində hansı oyunçuları fərqləndirərdin?
  • Tam oyunu izləməmişik. Rəqibdən əvvəl öz üzərimizdə köklənməliyik. Qələbə üçün vacib olan budur.
  • AÇ-2020-nin qrup mərhələsinin bir neçə oyunu Bakıda olacaq. Yenidən Bakıya gəlmək istərdizmi?
  • Hələ ona çox vaxt var. Görüləcək işlərimiz çoxdur. İlk növbədə sabah 3 xal qazanmalıyıq. Qruplara vəsiqə qazanandan sonra bu haqda düşünə bilərik.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button