
Skoulzun sevimli futbolçusu
“Mançester Yunayted”in keçmiş futbolçusu Pol Skoulz “Barselona”nın yarımmüdafiəçisi Pedrini özünün sevimli müasir oyunçusu hesab etdiyini etiraf edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Çempionlar Liqasının “Nyukasl” – “Barselona” qarşılaşmasında (1:2) ispaniyalı futbolçunun çıxışına heyran qaldığını bildirib və “mənim yeni sevimli oyunçum” yazaraq, sosial mediada Pedrinin şəkli ilə birlikdə paylaşıb.
Kataloniya klubunun “Nyukasl”la matçının qəhrəmanlarından biri də “Mançester Yunayted”də oynadığı dövrdən Skoulza tanış olan Markus Reşford olub. O, bu oyunda 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



