
Vlahoviç İspaniya klubunun “radar”ındadır
“Yuventus”un hücumçusu Duşan Vlahoviç karyerasını “Barselona”da davam etdirə bilər.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Kataloniya təmsiçisi gələn yay Vlahoviçi azad agent kimi transfer edə biləcək klublar arasında yer alır.
Serbiyalı forvard 2022-ci ildən “Yuventus”da çıxış edir və o, “Fiorentina”dan 83,5 milyon avro qarşılığında transfer olunub.
Vlahoviç cari mövsümdə bütün turnirlərdə 4 oyunda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun Turin klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununda başa çatacaq.
“Barselona” 37 yaşlı polşalı hücumçusu Robert Levandovskinin müqaviləsinin müddətini uzatmaq niyyətində deyil.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



