
Simeone “Liverpul”a məğlubiyyəti şərh etdi
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının ilk turunun oyununda “Qarabağ”ın da rəqibi olan “Liverpul”a 2:3 hesablı məğlubiyyətdən sonra fikirlərini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyundan razı qaldığını deyib:
“Həqiqət budur ki, fantastik stadionda, inanılmaz izdihamın qarşısında, böyük oyunçularla dolu komandaya qarşı gözəl matç oldu. Oyunun istədiyimiz istiqamətdə getməsi üçün hər şeyi etdik. Məncə, təhlükəli idik. Ehtiyat oyunçular skamyası bizə kömək etdi və sonra baş verənlər oldu”.
Madrid klubu oyunun ilk 6 dəqiqəsində iki qol buraxıb. Komanda son dəqiqələrdə isə üçüncü qola üzülüb. Bundan sonra Simeone qırmızı vərəqə alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



