Ançelotti 41 yaşlı futbolçunu milliyə qaytarmaq istəyir

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “Fluminense“nin müdafiəçisi Tiaqo Silvanın yığmaya qayıda biləcəyini söyləyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Onu yaxşı tanıyıram. Mən orada olanda o, “Milan”a və PSJ-yə gəldi. Çox keçməmiş danışdıq. Futbolçunu milliyə çağırmağa qərar verəndə yaşına baxmıram. Silva başqasından üstündürsə, problem yoxdur. Ötən mövsüm “Real”ın ən yaxşı oyunçularından biri 40 yaşında olan Modriç idi. 2007-ci ildə “Milan”la Çempionlar Liqasının qalibi oldum, komandanın kapitanı Maldininin 40 yaşı var idi”.

41 yaşlı futbolçu 2022-ci ildən milli komandada çıxış etmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button