“Barselona” rusiyalı futbolçu ilə maraqlanır

“Barselona” Moskva “Lokomotiv”inin yarımmüdafiəçisi Aleksey Batrakovla maraqlanır.

Komanda.az xəbər verir ki, bu barədə “Metaratings” məlumat yayıb.

20 yaşlı futbolçu “Barselona”nın menecerlərinin qısa siyahısında yer alır. Klub rəhbərliyi onun potensialını yüksək qiymətləndirir. Ancaq hələlik rəsmi danışıqlar və ya transfer təşəbbüsü olmayıb.

Rusiyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 11 oyuna çıxaraq, 10 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun “Lokomotiv”lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button