“Biz çox inkişaf etməliyik” – “Sabah”ın baş məşqçisi

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyundan danışıb.

Komanda.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçəni belə şərh edib:

“Fikrimcə, bu gün oyunda hər iki komanda üçün nəticə önəmli idi. Hər iki komanda qalib gəlmək istəyirdi. Alınmadı.

Mövqe hücumları çox az oldu. Əks-hücumlarla keçən oyun izlədik. Birinci hissədə çox səhvlər buraxdıq. İkinci hissədə daha yaxşı oynadıq. Az fürsətlər yaradırsansa, danışmaq çətindir. Bu oyunun nəticəsini hər iki komanda üçün ədalətli hesab edirəm.

Bura gəlməmişdən qabaq Azərbaycan çempionatının necə olduğunu bilirdim. Bilirdim ki, gərgin çempionatdır. Bura gəlməmişdən iki il bu liqanı izləmişdim. Düzdür, mövsümün başlanğıcı normal ola bilər. Amma mən bəhanə gətirmək istəmirəm. Biz çox inkişaf etməliyik. Komandamızdakı qığılcımları gördükcə, inkşaf edəcəyimizə inanıram. Bu gün də pressinqlər etdik. Düzdür, bəzi şeylər alınmadı, lakin inkişaf edəcəyimizə inanıram”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button