Abdullazadənin komandasından inamlı qələbə

Xorvatiya çempionatında 6-cı turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Abdullazadənin formasını geydiyi “Varajdin” evdə “Hayduk”la (Split) qarşılaşıb.

24 yaşlı yarımmüdafiəçi 2:0 hesablı qələbəyə sevindikləri oyunda bir hissə oynayıb. O, start heyətdə meydana çıxıb.

6 turdan sonra 9 xalı olan “Varazdin” 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button