“Mançester Yunayted”in Maliki transfer etməyə vaxtı çatmayıb

“Mançester Yunayted” yay transfer pəncərəsinin son günündə vinger transferinə nail ola bilməyib.

Komanda.az xəbər verir ki, bu barədə “FootMercato” məlumat yayıb.

Alexandro Qarnaço “Çelsi”yə keçdikdən sonra klub rəhbərliyi onun yerinə yeni futbolçu gətirməyi planlaşdırırdı. Hədəfdə “Lion”un 20 yaşlı hücumçusu Malik Fofana olub. Ancaq transferin baş tutması üçün vaxt kifayət etməyib. Klublar arasında rəsmi danışıqlar başlamadan pəncərə bağlanıb.

Fofana hazırda Fransa çempionatının ən parlaq gənc istedadlarından biri sayılır. Yay aylarında ona “Liverpul”, “Arsenal”, “Bayern” kimi klublar maraq göstərmişdilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button