
“Qavi çox məyusdur”
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente “Barselona”nın yarımmüdafiəçisi Qavinin yeni zədəsi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, Qavinin çox məyus olduğunu bildirib:
“Bu gün səhər Qavi ilə danışdım. O, çox məyusdur və ola biləcək əməliyyatı gözləyir. Amma Qavi güclü insandır. Mən onu ruhlandırdım. Məhz belə vəziyyətlər insanı daha da gücləndirir”.
21 yaşlı futbolçu dizindən aldığı zədə səbəbindən qeyri-müəyyən müddətə yaşıl meydanlardan uzaq qalacaq. Onun menisk əməliyyatına ehtiyacı ola biləcəyi vurğulanır.
Qavi təxminən iki il əvvəl İspaniya millisində çıxış edərkən ön çarpaz bağlarını zədələmiş və 11 aya yaxın müddətə futboldan kənarda qalmışdı. Onun milli komandanın heyətində 28 oyunda 5 qolu var.
Bizi Facebook-da izləyin



