
Milli komandada baş məşqçi istefası
Bolqarıstan millisinin baş məşqçisi İlian İliev istefa verib.
Komanda.az xəbər verir ki, bu barədə Bolqarıstan Futbol Federasiyası məlumat yayıb.
O, baş məşqçi dəyişikliyinin komanda ətrafında gərginliyi azaldacağına ümid etdiyini bildirib.
Bolqarıstan yığması DÇ-2026-nın seçmə mərhələsində İspaniya və Gürcüstana məğlub olub. İliev 2023-cü ildən bu vəzifəni icra edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



