İngiltərə klubu Ardanı transfer etmək istəyib

“Arsenal” ötən ilin oktyabr-noyabr aylarında “Real”ın yarımmüdafiəçisi Arda Gülərin transferi ilə ciddi şəkildə maraqlanıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular” türk futbolçunu yalnız o halda heyətinə qata bilərdi ki, Karlo Ançelotti Madrid klubunda baş məşqçi postunda qalsın.

İtaliyalı mütəxəssis 20 yaşlı oyunçuya çox da güvənmirdi. Ancaq Xabi Alonso baş məşqçi postuna gəldikdən sonra Arda start heyətin daimi üzvünə çevrilib və onun satışı artıq mümkünsüz sayılır.

Hazırda Arda Gülərin “Real”la müqaviləsinin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button