“Səbail” qanalı futbolçu ilə gücləndi

“Səbail” 2025/2026-cı il mövsümü üçün növbəti transferini reallaşdırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ötən mövsümü İsrailin “Hapoel Umm Al-Fahm” klubunda keçirmiş qanalı cinah yarımmüdafiəçisi Yakubu Mustafa heyətə cəlb edilib. 20 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

“Səbail” bu mövsüm 1-ci liqada çıxış edəcək. Komanda ilk oyununu sentyabrın 12-də evdə “Mingəçevir”ə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button