
“Tottenhem” “Aston Villa”nın futbolçusu ilə maraqlanır
“Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocers İngiltərənin başqa klubuna keçə bilər.
Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, “Tottenhem” ingilis futbolçunun transferində maraqlıdır. London klubunun baş məşqçisi Tomas Frank şəxsən özü bu keçiddə israrlıdır. Transfer qış transfer pəncərəsində baş tuta bilər.
Rocers 2024/25 mövsümündə 54 matçda 14 qol vurub və 16 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



