
Luis Suaresə 6 oyunluq cəza verildi
“İnter Mayami”nin hücumçusu Luis Suaresə ağır cəza verilib.
Komanda.az xəbər verir ki, uruqvaylı futbolçu 6 oyunluq cəzalandırılıb. Bu barədə “Associated Press” məlumat yayıb.
Suaresin cəzaya məruz qalmasının səbəbi Liqalar Kubokunun “Sietl Saunders”lə final matçından (0:3) sonrakı davranışlarıdır. 38 yaşlı futbolçu rəqibin əməkdaşlarından birinin üzünə tüpürüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



