Azərbaycan millisi Sloveniyadakı turnirdə ikinci qələbəsini qazanıb

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması “Slovenia Nations Cup” yoldaşlıq turnirində keçirdiyi ikinci oyunda da qələbə qazanıb.

Komanda.az xəbər verir ki, Sloveniyada təlim-məşq toplanışında olan komanda Farer Adalarının müvafiq yaş qrupundan ibarət millisi ilə üz-üzə gəlib.

“Çatez” stadionunda keçirilən görüş U-19-un 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamzın heyətində qolları Rauf Qafarov (21-ci dəqiqədə) və Eltun Babazadə (57-ci dəqiqə, penalti) vurublar.

Milli turnirdəki ilk matçında İslandiya seçməsini də eyni hesabla üstələmişdi. U-19 növbəti matçını sentyabrın 9-da Polşa komandasına qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button