
“Arsenal” Halandı 17 yaşından izləyirmiş
“Arsenal”ın sabiq skautu Brayan Makdermott açıqlayıb ki, London klubu Erlinq Halandı 17 yaşında olarkən diqqət mərkəzində saxlayırmış.
Makdermott 2014–2015 və 2016–2020-ci illərdə “Arsenal”ın baş skautu olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Halandı millidə oynadığı vaxt izlədiyini bildirib:
“Mən Halandı millidə oynadığı vaxt izlədim. İstedadı aydın görünürdü. Boyu uzun, sürəti yaxşı idi. Atası ilə də danışdım, amma Erlinqin karyerası tam planlaşdırılmışdı. Onlar dəqiq bilirdilər ki, hansı klubda oynayacaq və harada əsas heyətdə şans qazanacaq. Bəzən gənc oyunçular “Arsenal”, “Çelsi” və ya digər böyük klublara keçir, amma Jermen Defo deyirdi ki, o, “Arsenal”da yalnız 21 yaşında debüt edib. Dünyada hər həftə oynaya bilən uşaqlar çox azdır, Ueyn Runi kimi”.
Haland Norveç klublarından sonra “Zalsburq”, daha sonra Dortmund “Borussiya”sına keçib və 2022-ci ildən “Mançester Siti”də çıxış edir. Onun müqaviləsinin müddəti 2034-cü ilə qədər nəzərdə tutulub.
Cari Premyer Liqa mövsümündə avqustun ən yaxşı oyunçusu nominasiyasında Halandla yanaşı, Huqo Ekitike, Cek Qriliş, Joao Pedro, Rikardo Kalafiori və Dominik Soboslayi də yer alıb.
Bizi Facebook-da izləyin



