
İngiltərə millisində itki
Con Stounz zədə səbəbindən DÇ-2026-nın seçmə mərhələ matçlarında İngiltərə millisində oynamayacaq.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, “Mançester Siti”nin müdafiəçisi əzələ probleminə görə milli komandadan ayrılıb.
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel Stounz haqda bunları deyib:
“Stounz milli komandaya yüngül əzələ problemi ilə gəldi və gözlədiyimiz kimi yaxşılaşmadı. Biz heç bir riskə getmirik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



