Azərbaycan millisi Niderland və Xorvatiyaya rəqib oldu

Sabah Bakıda startı veriləcək airbadminton üzrə Avropa çempionatında rəqiblərimiz müəyyənləşib.

Komanda.az xəbər verir ki, millimiz Niderland və Xorvatiya yığmaları ilə birgə B qrupunda yer alıb.

Komandamız ilk oyununu sentyabrın 5-də Xorvatiya yığmasına qarşı keçirəcək. Oyun saat 16:00-da başlayacaq.

A qrupunda Fransa, Bolqarıstan və Gürcüstan, C qrupunda isə Almaniya, Türkiyə və Yunanıstan seçmə kollektivləri yer alıb.
Qarşılaşmalar Avropa Oyunları Parkında keçirilir.

Airbadminton üzrə Avropa çempionatına sentyabrın 7-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button