“Arsenal” braziliyalı futbolçunu 69 milyon avroya satmaq istəyib

“Arsenal” yay transfer pəncərəsində braziliyalı vingeri Qabriel Martinellini satmağa hazır olub. Ancaq London klubu 24 yaşlı futbolçu üçün 60 milyon funt sterlinq (təxminən 69,2 milyon avro) tələb edib.

Komanda.az “MailSport”-a istinadən xəbər verir ki, bu yüksək qiymət bir çox maraqlı klubu geri çəkilməyə vadar edib. Onlar Martinellinin dəyərini 40 milyon funt sterlinq (46,1 milyon avro) civarında qiymətləndiriblər.

Hazırda Martinellinin “Arsenal”la müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. Mövsümün ilk üç oyununda iki dəfə start heyətində yer alan braziliyalı futbolçu, hələlik məhsuldar göstərici ilə yadda qalmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button