Türkiyə klubu Şeydayevlə maraqlanır? – Açıqlama

Mətbuatda “Neftçi”nin yollarını ayırmaq istədiyi hücumçusu Ramil Şeydayevlə Türkiyənin “Serikspor” klubunun maraqlandığı barədə xəbərlər yayılıb.

Bununla bağlı “ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı ilə əlaqə saxladıq. Klub rəsmisinin Komanda.az-a açıqlaması belə oldu:

“Ramil Şeydayev hazırda “Neftçi”nin futbolçusudur. Rəsmi bir şey olarsa, klub tərəfindən açıqlama veriləcək”.

Azərbaycan millisinin də üzvü olan Ramil Şeydayev 2024-cü ildən “Neftçi”nin rənglərini qoruyur. O, əsas komandadan kənarlaşdırılıb və hazırda fərdi qaydada məşq edir. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununun 30-na qədərdir.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button