
“Bu, beş möhtəşəm il idi” – “Qarabağ”ın rəqibinin yeni transferi
Argentina millisinin yarımmüdafiəçisi Alexandro Qarnaço “Mançester Yunayted”lə yollarını ayıraraq “Çelsi”yə transfer olunub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı vinger keçidindən əvvəl keçmiş klubuna təşəkkür məktubu ilə vida edib:
“Bu, beş möhtəşəm il idi, amma artıq karyeramın bu fəsli başa çatır. Hamıya təşəkkür edirəm. Bu formanı geyinərkən həmişə əlimdən gələni etdim. “Mançester Yunayted”ə gələcəkdə uğurlar arzulayıram”.
Qarnaço “Çelsi” ilə 7 illik müqavilə imzalayıb. O, ötən mövsüm Premyer Liqada 36 matçda iştirak edib, 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
“Çelsi” Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



