
Ukraynalı futbolçudan “Qarabağ”ın rəqibinə keçidinə reaksiya
Ukraynalı yarımmüdafiəçi Georgi Sudakov Çempionlar Liqaında “Qarabağ”ın rəqibi olan “Benfika”ya icarə əsasında keçidi haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabında bunu yazıb:
“Benfika”, xoş gəlmişəm. Belə böyük klubun bir parçası olduğum üçün çox şadam. Özümü futbol meydanında görməyi səbirsizliklə gözləyirəm”.
Ukraynalı futbolçunun Portuqaliya klubu ilə müqaviləsi gələn ilin iyun ayına qədərdir. Sudakov “Şaxtyor”un yetirməsidir və o, klubda bu mövsüm 3 oyun keçirib, 1 məhsuldar ötürmə edib.
“Qarabağ” Çempionlar Liqasının liqa mərhələsində ilk matçını sentyabrın 16-da, səfərdə “Benfika”ya qarşı keçirəcək. Qarşılaşma saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



