
“Pedri sadəcə möhtəşəmdir!”
“Mançester Siti”nin yarımmüdafiəçisi Ticani Reynders ən çətin rəqib barədə danışıb.
Komanda.az “City Xtra”-ya istinadən xəbər verir ki, Reynders, “Milan”ın heyətində çıxış edərkən “Barselona”ya qarşı keçirdikləri mövsümöncəsi yoxlama oyununu xatırlayaraq, ən çətin futbolçunun Pedri olduğunu bildirib:
“Pedri sadəcə möhtəşəmdir!
Komandaya baxsaq, məncə, ən güclü rəqib “Liverpul”dur”.
27 yaşlı niderlandlı futbolçu bu yay “Milan”dan “Mançester Siti”yə transfer olunub. O, “şəhərlilər”in heyətində Premyer Liqada iki oyuna çıxaraq, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
“Mançester Siti” 3-cü turda, avqustun 31-də “Brayton”un qonağı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



